“Müstəqil Azərbaycanın dövlət bayrağı ən ali tribunalarda qaldırılıb”
9 noyabr Azərbaycanda dövlət bayrağı günüdür. Bu günün xüsusi qeyd olunmasının xalqımız üçün siyasi və mənəvi əhəmiyyəti var. Bayraq Günü nəsillərin davamlılığını, dövlət rəmzləri və ortaq dəyərlər ətrafında birliyi möhkəmləndirir. Ölkəmizin zəngin tarixini və nailiyyətlərini xatırladır. Bundan əlavə, Bayraq Günü Azərbaycan dövlətinin müstəqilliyinə sadiqliyini və daim milli maraqları müdafiə etmək əzmini ifadə edir.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Sovet İmperiyasının süqutu ərəfəsində milli bayrağımiz ikinci dəfə məhz Naxçıvan Muxtar Respublikasında qaldırılıb. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarılıb və Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olunub. Naxçıvanda dövlət bayrağının qaldırılması Azərbaycanın dövlətçilik ənənələrinə müsbət təsir göstərdi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin bayrağı dövlət bayrağı kimi təsdiq etdi. Müstəqilliyə gedən yol da əslində üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul olunması ilə başlandı. Beləliklə, müstəqil Azərbaycanın dövlət bayrağı ən ali tribunalarda qaldırıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bakıda, eləcə də bir çox bölgələrimizdə bayraq meydanları yaradılıb. Bayraq birlik və milli qürur simvolumuzdur. Bayraq mənşəyindən və baxışlarından asılı olmayaraq vətəndaşları birləşdirir, vahid bir millətə mənsubluq hissini və öz ölkələrinə qarşı qürur hissini artırır.
Azərbaycan bayrağı 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda da dalğalanır. Biz böyük Zəfərdən sonra bayraq gününü respublikanın hər yerində qürurla qeyd edirik. Bu gün biz əcdadlarımızı, şəhidlərimizi ehtiramla yad edirik. Üçrəngli bayrağımız son 5 ildir Qalib ölkənin bayrağı kimi dalğalanır. Məhz bu bayraq altında vətənpərvər gənclik yetişib. Beləliklə, üçrəngli Azərbaycan bayrağı ölkəmizin keçmişini, bu gününü və gələcəyini birləşdirən körpüdür. Dövlət rəmzi olan şanlı bayrağımıza hörmət hər bir vətəndaşın məsuliyyəti və borcudur.
Digər Xəbərlər
10 Dekabr 2025 19:42
Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirildi
10 Dekabr 2025 19:32
Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu
10 Dekabr 2025 19:00
Ceyhun Bayramov Macarıstana getdi
10 Dekabr 2025 18:52
İlham Əliyev Donald Trampa TƏŞƏKKÜR ETDİ
10 Dekabr 2025 18:46
Hikmət Hacıyev Qaluzinlə görüşdü
10 Dekabr 2025 17:30
Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
10 Dekabr 2025 16:28
Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI
10 Dekabr 2025 15:19


Bakı -°C

