Mütəşəkkil dəstənin daha 2 üzvü həbs edildi - FOTOLAR
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
DİN-dən Adalet.az-a bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha iki üzvü - əvvəllər məhkum olunmuş Rüfət Əhmədov və Abbas Məlikov saxlanılıblar.
Onlardan ümumilikdə 26 kiloqram heroin və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Biləsuvar rayonu, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan, əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar. Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Digər Xəbərlər
06 Noyabr 2026 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildi
06 Noyabr 2026 14:35
Kameraları sındırıb oğurluq etdi - Saxlanıldı
06 Noyabr 2026 10:35
Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
06 Noyabr 2026 09:21
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
05 Noyabr 2026 12:38
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı
04 Noyabr 2026 18:00
Evli qadını şantaj edib pulunu aldı – Direktor müavininin gizli EŞQ DRAMI
04 Noyabr 2026 10:07
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
03 Noyabr 2026 17:07


Bakı -°C

