13 Aprel 2023 14:58
764
ŞOU-BİZNES

Nadir Qafarzadə: “Normal olsa, o, sənətkar olmaz”

Hər zaman maraqlı fikirləri ilə gündəm olan müğənni Nadir Qafarzadə yenə də gündəmi zəbt etməkdədir.

Adalət.az xəbər verir ki, müğənni “Həmin Zaur”  verilişində “bütün sənətkarlarda anormallıq, dəlilik var” fikrini səsləndirib.
O, söylədiyini fikirlərə  belə aydınlıq gətirib:

“Normal olsa, o, sənətkar olmaz. Bu, psixoloji məqam deyil, sənət dəliliyi var. Hərdən Elzaya deyirlər. Ona görə o, Elza Seyidcahan olub. Yaradıcı insanlar fərqli olur. Onda yaxşı mənada dəlilik çoxdur”.

Əntiqə