Narkotik təsiri altında olan sürücü saxlanıldı
Xırdalan–Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün **Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.
Bundan əlavə, sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Elşən Məmmədovun narkotik vasitə qəbul etdiyi təsdiqlənib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini və bu kimi hallara qarşı daha sərt tədbirlərin görüləcəyini bildirib.
Digər Xəbərlər
07 Fevral 2026 16:25
Liseydə müəllimini güllələyən şagird həbs edildi
07 Fevral 2026 10:06
Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib
06 Fevral 2026 17:06
“İdrak”dan güllələnmə ilə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:50
DİN-dən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:05
Dövriyədən çıxarılmış narkotik yandırıldı
05 Fevral 2026 17:20
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - VİDEO
05 Fevral 2026 13:47
Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
04 Fevral 2026 14:53


Bakı -°C

