ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynen bəyan edib ki, Şimali Atlantika Alyansı tezliklə Rusiyaya qarşı yeni strategiya hazırlamağa başlayacaq.
"NATO növbəti aylardan Rusiyaya qarşı yeni strategiya hazırlığına başlayacaq. Bu strategiya gələcəkdə bütün tətəfdaşları Rusiyaya qarşı birləşdirəcək"- deyə Birləşmiş Ştatların xarici işlər idarəsinin nümayəndəsi bildirib.
O'Braynen qeyd edib ki, NATO-ya üzv dövlətlətin hamısı Çinin Ukrayna münaqişəsində Rusiysnın yanında olduğunu təsdiq ediblər.
ABŞ dövlət katibinin köməkçisi hər halda Türkiyə və Macarıstan kimi alyansa üzv dövlətlərin Ukrayna-Rusiya münaqişəsində antirusiya sanksiyalarına qoşulmamasından, neytral mövqe tutduqlarından xəbəri olmamış olmaz, yəni bu məsələdə NATO-nun (ABŞ-ın) yanında durmadıqlarından məlumatlıdır. İstər Türkiyənin prezidenti Rəcıb Tayib Ərdoğanın, istərsə də Macarıstanın baş naziri Viktor Orbanın Rusiyanın prezidenti Vladimir Putinlə şəxsi münasibətləri də var. Belə olan halda, onların NATO dövlətləri olaraq Rusiyaya qarşı Vaşinqtonla birgə hərəkət edəcəklərinə kim inanar?
Siyasi ekspertlərin fikirincə, bu tip xəbərlər, əslində Rusiyanın "damarlarını" yoxlamaq məqsədi ilə yaradılır.