Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək - YENİLƏNİB

Mehdi Əliyev Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məsələ müzakirə olunub.
İclasda Mehdi Ədalət oğlu Əliyevin Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl Şərur Rayon Məhkəməsinin sədri olub.
***
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.
Digər Xəbərlər

"23 nəfəri diri-diri basdırdılar, sadəcə, başları çöldə qalmışdı" - VİDEO

"Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Zərərçəkmiş

Kəlbəcərin işğalını əks etdirən videomaterial nümayiş etdirilib

"Azəriqaz" 83 min manatlıq məhkəməni uduzdu - İstixanaya əlavə borc yazırmış

“Meydan TV” işi üzrə daha bir nəfər saxlanıldı

"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Məhkəmə

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdilər - YENİLƏNİB + FOTOLAR
