Naxçıvan MR-in maliyyə naziri həbs edildi - 144 milyon manatlıq yeyinti - FOTO

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
Adalet.az apa-ya istinadla xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.
NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.
Digər Xəbərlər
24 Oktyabr 2025 11:59 Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi
21 Oktyabr 2025 16:29 Ruben Vardanyanın vəkildən imtina edib
21 Oktyabr 2025 13:53 Cəlilabadda məhkəmə yaşlı kişini təhqir edən şəxsi cəzalandırdı
17 Oktyabr 2025 11:22 Bu QHT sədrlərinə cinayət işi açıldı
16 Oktyabr 2025 14:23 

Bakı -°C 







