adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 May 2021 15:34
24281
GÜNDƏM

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayır

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.