Naxçıvana gedəcək şəxslərin nəzərinə!
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
Bu barədə Adalet.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.
Qeyd edək ki, mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür.
Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Digər Xəbərlər
10 Fevral 2026 13:33
Aylıq sosial ödənişlə təmin edilən uşaqların sayı açıqlanıb
10 Fevral 2026 12:27
"Bank hesablarından vəsaitin oğurlanması halları artıb" - Deputat
10 Fevral 2026 12:26
Azərbaycanda bu materialların istifadəsi qadağan edilir
10 Fevral 2026 12:25
Bu obyektlər ixtira hesab edilməyəck
10 Fevral 2026 12:24
Patent sahibinin müstəsna hüquqları ilə bağlı yeni qayda
10 Fevral 2026 11:21
Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib - YENİLƏNİB
10 Fevral 2026 09:42
Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər - VİDEO
09 Fevral 2026 17:33


Bakı -°C

