Naxçıvanda 4 auditlə bağlı materiallar Baş Prokurorluğa və DTX-yə göndərilib

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq, həyata keçirilmiş 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Adalet.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd edilib ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilmiş və nəticələri rəsmiləşdirilib.
2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 mln. manat maliyyə pozuntusu aşkarlanmış, bunun 12,7 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 mln. manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.
İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 mln. manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 mln. manatı əhəmiyyətli təhriflərdən ibarət olub.
Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 mln. manata bərabər olub. 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərilmiş materiallar cinayət işlərinə əlavə olunmuşdur və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0,2 mln. manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0,1 mln. manatın ödənildiyi bildirilib.
Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

DİN vətəndaşlara müraciət etdi: Bu linklərə daxil olmayın!

Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar - FOTOLAR

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

Bəzi məhkəmələrə sədr və hakimlər təyin olundu - SƏRƏNCAM

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
jpg-1744712282.jpg)
Vatikandakı konfrasın "baykot"una, ermənilərlə birgə Əhməd Kazemi də qoşulur
