Naxçıvanda ətin qiyməti kəskin artdı

“Naxçıvanda ət son günlər kəskin bahalaşıb. Bunun səbəbinin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir”.
Yerli sakinlərin “Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə 13 manatdan 18-ə qaldırılıb.
Şərur rayon sakini Zaur Nəsirov deyir ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin sonuncu dəfə ət almağa gedəndə gözlərinə inanmayıb:
“İndiyə kimi bu cür qiymət artımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə 3-4 manat ucuz olub ət. İndi isə bir neçə günün içində haradasa Bakı ilə eyni olub.
Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10-11 manata idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiyməti isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır”.
Naxçıvanda on ildən artıqdır ki, qəssab işlədiyini deyən Rizvan Tağıyev bildirir ki, ətin qiymətinin qalxmasında onların heç bir günahı yoxdur:
“Əvvəllər Naxçıvandan ət və bir sıra məhsulların çıxarılmasına qadağa qoyulmuşdu. Buna görə də qiymətlər Bakıdan fərqli olaraq sabit qalırdı. İndi isə bu qadağa götürülüb. Bakıda da ət baha olduğu üçün bəzi alverçilər buradan kütləvi şəkildə bizim aldığımızdan baha qiymətə sahibkarlardan ət alır, Bakıya göndərirlər. Bu səbəbdən də qıtlıq yaranır. Sahibkarlar əti bizə deyil, baha qiymətə o işbazlara satırlar. Ona görə də biz də onlardan baha qiymətə almalı olduq. Bu isə qiymət artımına səbəb oldu”.
Digər Xəbərlər
31 Oktyabr 2025 15:37 Palata gələn ilin dövlət büdcəsinə rəyi parlamentə göndərdi
31 Oktyabr 2025 15:20 “AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
31 Oktyabr 2025 12:48 Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur - Yeni qanun
31 Oktyabr 2025 12:06 Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda müəyyən edilir
31 Oktyabr 2025 11:24 "Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
29 Oktyabr 2025 11:07 “Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir”
28 Oktyabr 2025 16:54 

Bakı -°C 






