Naxçıvanda törədilən cinayətlərin statistikası
2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilən cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş verən cinayət hadisələrindən 12-si və ya 24,5%-i ehtiyatsızlıqdan törədilən cinayətlər olub.
Adalet.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, daxili işlər nazirinin vəzifələrini icra edən, polis polkovniki Rəşad İsmayılov deyib.
Nazir əvəzi bildirib ki, il ərzində törədilən cinayətlərin açılması 100% təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb.
"Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi, ümumiyyətlə axtarışda olan şəxslərin tutulması 100% təmin edilib. Hesabat dövründə keçmiş illərdən qapalı qalan 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib".
Digər Xəbərlər
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00
Beynəlxalq axtarışda idi - Azərbaycana gətiriləcək
21 Avqust 2026 12:13
Araik və Vardanyanla bağlı üçüncü ölkəyə müraciət edild
20 Avqust 2026 13:50


Bakı -°C

