Naxçıvanda yeni təyinatlar - FOTO - YENİLƏNİB
Babək Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.
Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.
***
10:35
Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.
Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Ayşən Əsgərova Fizika müəllimliyi ixtisasını bitirib, 9 ilə yaxın dövlət qulluğu stajına malikdir.
O bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

