Nazir kimlərin 16 manat ödəməyəcəyini açıqladı
"Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib. Nazir bildirib ki, dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
“Bu, təqribən 3–7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək qabiliyyəti ilə çalışır. Onların da sığortası, əmək qabiliyyətli şəxslərin uyğun olaraq, işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır”.
"Kim kənara qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilmiş bir fəaliyyətdir. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək", - deyə nazir bildirib.
Onun sözlərinə görə, xüsusi qaydalar olacaq və qeyri-formal məşğul olan şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq:
"Fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəşli və müsbət bir addımdır. Bu gün qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir. Ona görə də məsələnin “işsizlərdən aylıq sığorta vəsaiti alınacaq, işsizləri sığorta hüququndan məhrum edəcəklər” kimi şərh edilməsini anlamadıq və bunu qanun layihəsini tanımayan insanlar tərəfindən ortaya atılmış dezinformasiya hesab edirik", - deyə maliyyə naziri bildirib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

