adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Sentyabr 2021 13:09
967
GÜNDƏM

Nazir polis polkovnikini təqaüdə göndərdi - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərib. 

Adalet.az-ın Oxu.Az-a istinadən məlumatına görə, nazirin imzaladığı müvafiq əmrə əsasən, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunub. 

Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

DİN-dən məlumat saytımıza təsdiq edilib.