Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Energetika Nazirliyinin Kollegiyası "İstilik təchizatı haqqında" qanuna uyğun olaraq "İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nı təsdiqləyib.
Adalet.az xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.
Qərara əsasən, istilik qurğularının normal iş rejiminin pozulmasının potensial risklərini nəzərə almaqla onların texniki vəziyyətinin qiymətləndirilməsi təşkil edilməli, qəzaların və digər fövqəladə hadisələrin qarşısının alınmasına yönələn profilaktik tədbirlər işlənib hazırlanmalı və həyata keçirilməlidir. Aqressiv, tezalışan, yanar, partlayış təhlükəli, yaxud zərərli maddələrin boru kəmərləri hermetik olmalıdır. Axması mümkün olan yerlərdə (lyuklər, ventillər, flans birləşmələri) mühafizə çəpərləri (örtükləri), zərurət yarandıqda isə mayenin təhlükəsiz yerə axıdılması üçün qurğu quraşdırılmalıdır. Avadanlığın, armatur və cihazların mütəmadi yoxlanılması tələb olunan elementlərinə xidmət etmək üçün onları əlçatan yerlərdə quraşdırmaq lazımdır.
Bundan başqa, hər bir istilik qurğusuna xidməti həyata keçirmək üçün təhlükəsiz hərəkət yolları və yanğın vaxtı, yaxud qəza hallarında təxliyə planı işlənib hazırlanmalı və heyətin nəzərinə çatdırılmalıdır.
İstilik qurğusunun yerləşdiyi ərazidə və istehsalat binalarında avadanlığın xidməti ilə məşğul olmayan işçilərin orada müşayiətsiz qalması qadağandır. İstehsalat binaları və qurğuları daxilində və xaricində, həmçinin onlara bitişik ərazidə keçidlər və yollar, girişlər və çıxışlar işıqlandırılmalı, boş olmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır.
Qaz borusu altında emalatxana, sanitar-məişət və digər tikililər quraşdırmaq qadağandır. Kamera və kanallarda təmizliyə riayət edilməli, bu hissələrdə yığışan sular müntəzəm çəkilməli, keçidlərin tutulmasına yol verilməməlidir.
Digər Xəbərlər
11 Iyun 2026 13:18
Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırdı
11 Iyun 2026 11:54
Pensiyaçılarla bağlı ŞAD XƏBƏR
11 Iyun 2026 11:44
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
10 Iyun 2026 19:11
“Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən 20 dəfə artıqdır...”
10 Iyun 2026 18:35
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəli dəyişir
10 Iyun 2026 18:00
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
10 Iyun 2026 16:45
"Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur" - Baş prokuror
10 Iyun 2026 16:36


Bakı -°C

