Nazirlikdən botoks və dolğularla bağlı XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur:
"Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.
Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".
Digər Xəbərlər
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10
SN-nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
02 Dekabr 2025 10:09
Yenidoğulmuşun sarılığında "gizli" risklər ultrasəs və MRT ilə necə aşkarlanır?
01 Dekabr 2025 13:35
Ötən ay zəhərlənmədən ölənlərin sayı açıqlandı
01 Dekabr 2025 10:03


Bakı -°C

