Nazirlikdən iaşə obyektlərinin istismarçılarına ÇAĞIRIŞ
Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Adalet.az-a bildirib ki, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı qanunamüvafiq tədbirlər görüləcək.
"Bu səbəbdən istismarçıların diqqətinə çatdırırıq ki, obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.
Nazirlik rəsmisi qeyd edib ki, mövcud pozuntuları aradan qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri üçün istismarçılara iyulun 1-dək vaxt verilir.
“Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:32
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
23 Sentyabr 2026 17:15
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
23 Sentyabr 2026 04:05
Payız gəldi...
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35
Azərbaycanın təkrar mənzil bazarında 42 minə yaxın mənzil satılıb
22 Sentyabr 2026 09:22


Bakı -°C

