Nə Necati Şaşmaz, nə də Oktay Kaynarca “Dəvə Tuncay” dəfninə gəlmədi - Vəfasızlıq...
Xəbər verdiyimiz kimi "Kurtlar Vadisi" serialından tanınan türk aktyoru Osman Vöber 62 yaşında dünyasını dəyişib.
Onun ürək tutmasından vəfat etdiyi bildirilib. Azərbaycan tamaşaçısı onun"Kurdlar vadisi" serialındakı Dəvə Tuncay obrazı ilə tanıyıb və bəyənib. Məlumatlara görə, aktyor 27 fevral 1960-cı ildə Ankarada anadan olan Vöber İstanbul Universiteti Hüquq Fakültəsində və Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatrında oxuyub. Dövlət Teatrları Baş İdarəsində teatr fəaliyyətinə başlayıb. Tələbəlik illərində Şan Teatrı, Kenter Teatrı və Yeditepe aktyorlarının tamaşalarında rol alıb. 1988-1993 illəri arasında Adana Dövlət Teatrında və 1995-1998 illəri arasında İstanbul Dövlət Teatrında rejissor və bədii rəhbər işləyib.
Goyte İnstitutunun təqaüdü ilə Almaniyanın müxtəlif teatrlarında iki imtahan verib və təhsilini davam etdirib. 2001-ci ildə yenidən İstanbul Dövlət Teatrına təyin edilib və bu vəzifəni 2009-cu ilə qədər davam etdirib.
Adalet.az Haberler.com-a istinadən xəbər verir ki, İstanbul Dövlət Teatrı Mecidiyəköy Büyük Sahnə və Təşvikiyə məscidində keçirilən mərasimlərdən sonra Osman Vöber son mənzilinə yola salınıb. Məşhur aktyorun dəfn mərasimində eyni serialda rol alan Necati Şaşmaz və Oktay Kaynarca kimi adların iştirak etməməsi diqqət çəkib.
Qeyd edək ki, Müge Vöber və qızı İrmak Vöberin başsağlığı qəbul etdiyi mərasimə Hatice Aslan, Yurdaer Okur və Erkan Taşdöğen də daxil olmaqla bir çox məşhur şəxslər, onların yaxınları və ailələri qatıldı.
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Sentyabr 2026 13:59
BU COCUQLARA NİYƏ ZÜLM VERİRLƏR?
17 Sentyabr 2026 10:56
Günay Əfəndiyeva: “Xarabalığa çevrilmiş şəhər və kəndlərimizi gözlərimizlə görmüşük”
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

