adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Fevral 2019 19:58
47487
ƏDƏBİYYAT

Nəsimini necə tanıdaq? - ZİYALILARDAN TƏKLİFLƏR

Bildiyiniz kimi2019-cu il "Nəsimi ili” elan olundu. İnsanlar da bunu çox sevincləqarşıladılar. Sosial şəbəkələrdə bir neçə gün "Nəsimi ili” ilə bağlıpaylaşımlar, müzakirələr oldu. Biz də istədik ki, ziyalılarımızdan Nəsiminintanıdılması barədə təkliflərini, fikirlərini öyrənək və onlara sual ünvanladıq:

Bu il "Nəsimi" ili elan olunub, bilirsiniz.Sizin bir ədəbiyyat adamı kimi Nəsimini tanıtmaqla bağlı hansı arzularınız, təkliflərinizvar?


Tanınmış şair Baba Vəziroğluvurğuladı ki, Nəsimini dünyaya tanıtmaq lazım deyil:


"Nəsimini dünyayatanıtmaq lazım deyil... Nəsimini Azərbaycana tanıtmaq lazımdır... Əgər biz Nəsiminitanıya bilsək, inanın ki, dünya da tanıyacaq...”


Yazıçı Əjdər Ol isədünyanın bizi yaxşı tanıdığını önə çəkib:


"Nəsimi kifayət qədəraydın və yaxşı tərcümə olunmalıdır. Eyni zamanda Nəsimi, hürufilik haqqındaaraşdırma yazıları yazılmalıdır. Əslində şərq dünyasında Nəsimi tanınır və baaşdüşülür. Ümumiyyətlə onun söykəndiyi hürufilik də geniş şəkildə araşdırılıb.Sadəcə Nəsimi qəliz və rəmzlərlə dolu olduğu üçün ona təzədən baxmağa ehtiyacvar. Hətta Nəsiminin özü də bu barədə yazıb: hər kimsə Nəsimi sözünü fəhm edəbilməz. Bu quş dilidir, bunu Süleyman bilir ancaq. Çünki Süleyman quş dilinibildiyi kimi Nəsiminin tərəfdaşları da onun rəmzlərini və dilini çox yaxşı başadüşürdülər. Bu təbbi ki, geniş mövzudur, dediyim kimi alimlər Nəsimi haqdaaydın araşdırmalar yazmalı və bu araşdırmalar dünya dillərinə tərcüməolunmalıdır. Əslində dünyada məşhur şərqşünas alimlər var və onlar bu söhbətləriçox yaxşı bilirlər. Onlar Dədə Qorquddan da, Orxan Yenises abidələrindən xəbardardırlar.Hətta, bildiyiniz kimi abidələrimizi qərb alimləri ortaya çıxarıb. Demək istəyirəmki, dünyada alimlər bu məsələlərlə məşğul olurlar, narahat olmağa dəyməz. Dünyabizi bizdən yaxşı tanıyır. Mən burda elm, institut, mütəxəssi səviyyəsindəndanışıram. Bir də var kütləvi tanımaq. Hamının tanıması üçün indi brendlərdənistifadə edirlər. Məsələn, zərrə mənəm, günəş mənəm adı altında tədbirkeçirdirlər. Bu yolla Nəsimini də, başqa şairləri də tanıtmaq olur.”


Xalq artisti Nurəddin Mehdixanlı da bir sıra təkliflərini bildirdi:


"Nəsimi külliyatının latın qrafikası ilə yenidən çap olunması, Nəsimi külliyatının, rus, ingilis, fransız, yapon və çin dilində çap olunması ve müvafiq ölkələrin səfirliklərinin iştirakı ilə yayımının təşkili, KİV və TV kanallarında "Nəsimi ili” adı altında klassik ədəbiyyatımızın təbliği layihələri, "Nəsimi ili” adı altında Azərbaycanda ve səfirliklərimizin fəaliyyət göstərdiyi ölkələrdə, tanıtım və təbliğ tədbirlərinin, müsabiqələrin - yazı və bədii qiraətmüsabiqələrinin keçirilməsi. Orta və ali məktəblərdə, Əruz vəzninin əsaslı tədrisi. Nəsimi adına, Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi və Nəsimi ilində, aktiv fəaliyyət fazasına keçidini, keçiriləcək tədbirlərın ilhamvericisi və təşkilatçısı olmağını təmin etmək. Və sairə...”


"Belə şeylər mənəyuxu kimi gəlir” – bu sözləri tənqidçi Cavanşir Yusifli deyib:


"Bizim ona əşədü ehtiyacımız var, insani dəyərlərinitdiyi, daha doğrusu maddiləşdirildiyi zamanda insanların Nəsimini anlaması çətindir,amma məsələn, Nəsimi filminin çəkildiyi dövrdə nədənsə o bizə elə şeirindəolduğu kimi bu cahana sığmayan kimi görünürdü və bu həqiqətin özüydü, insani dəyərləriməhv eləyəndən sonra belə şeylər adama yuxu kimi gəlir”.


Tədqiqatçı Nazir Əhmədli Nəsiminin dünya dillərinə tərcümə olunmasını təklif etdi:


"Nəsiminin Divanı ingiliscə çap olunubmu? Tanıtmaq üçün dünya dillərində nəşr etdirmək lazımdır, təbii ki, ön söz və tanıtım yazısı ilə. Fikrimcə ingilis, alman, fransız, ispan, italyan, çin və yapon dillərində nəşr edilməlidir. Bir də "Nəsimi" filmini həmin dillərə dublyaj etdirib yaymaq olar”.