Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı
Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Qeyd edək ki, Nəzrin Mansurlu burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunduqdan sonra komaya düşüb və ayılmayıb.
Digər Xəbərlər
15 Iyun 2026 17:45
Çobanlar arasında mübahisə qanla bitdi
15 Iyun 2026 16:45
Axtarışda olan 83 nəfər tutulub
15 Iyun 2026 16:17
Paytaxtda narkotik dövriyyəyə buraxmaq istəyirdi - VİDEO
15 Iyun 2026 13:18
Qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb
14 Iyun 2026 13:24
Nizamidə 30 kiloqrama yaxın narkotik müsadirə olundu - VİDEO
12 Iyun 2026 14:25
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
12 Iyun 2026 10:50
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanıldı
11 Iyun 2026 18:56


Bakı -°C

