Nobel Sülh mükafatı Nərgiz Məhəmmadinin əkizlərinə təqdim edildi
2023-cü il Nobel Sülh Mükafatının təqdimetmə mərasimi baş tutub.
Adalet.az xəbər verir ki, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.
İranda həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin övladları mükafatı qəbul edib və onun adından nitq oxuyublar.
Səhnədə 17 yaşlı əkizlər Kiana və Əli Rəhmaninin yanında anaları üçün nəzərdə tutulan boş stul qoyulub.
Nərgiz Məhəmmadi məktubunda mükafatın verilməsinə görə Nobel Komitəsinə təşəkkür edib.
“Ümid və hazırlıqla İranın dözümlü qadın və kişiləri ilə birlikdə sülhə, insan haqlarına və demokratiyaya hörmətlə yanaşan bütün qüvvələrə, hərəkatlara və insanlara əlimi uzadıram. Əminəm ki, azadlıq və ədalət işığı bir gün İran torpağı üzərində də parlayacaq”, - hüquq müdafiəçisi yazıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17


Bakı -°C

