adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyun 2022 12:21
480
DÜNYA

Norveç imtina edir, Rusiya  təhdid edir

Norveç Şimal Buzlu okeanının Şputsberqen arxipelaqına Rusiya yüklərinin göndərilməsinə icazə vermir. Moskva onu  cavab tədbirləri görəcəyi ilə hədələyir. Ekspertlərin fikirincə bu Kalininqrad vilayətinə qarşı tədbiq edilən blokadaya bənzəyir.

 "Rusiyanın "Artikuqol" daö mədənləri şirkətinə Norveçin materik hissəsindən Şputsberqen arxipelaqına yük daşımalarına icazə verilmir. Norveçin NRK telekanalının məlumatına görə, 15 iyun 2022-ci il tarixli Rusiyanın "Surqutsk" sərhəd buraxılış məntəqəsinin rəsmi müraciətinə baxılmaqdan imtina edilib.
 
Rusitadan göndərilən  yüklər adada məskunlaşan rusiyalıların - baş konsulluğun və trestdə fəaliyyət göstərən işçilərin normal yaşamaları üçün lazım olan məhsullardan, eyni zamanda lazımi avadanlıqlardan ibarətdir. 
  
Bu arxepelaq əslində Norveçə məxsus  olsa da, 1930-cu ildən bu ərazilərdə daş kömür yataqlarının tapılması ilə əlaqədar iki qəsəbdə rusiya vətəndaşları məskunlaşıb və bu günədək orda yaşayırlar. Bu qəsəbələrdən ən böyüyü - 500 nəfər yaşayan Barentsburq qəsəbəsidir və baş konsulluq da Şpitsberqen deyilən ərazidə yerləşir. Daha bir qəsəbə - Piramidada elmi təhqiqatla məşğul olan, təxminən  30-40 adam yaşayır.
  
Aprel ayının sonundan Rusiyaya qarşı sanksiyalar tədbiq edən Norveç hökuməti, Şpitsberqen üçün güzəşr olunacağını vəd etmişdi.
  
Bu arxipelaqa qarşı qadağalar tədbiq olunması ilə bağlı Norveçin Rusitadakı səfiri Solveyk Rossebe xarici işlər nazirliyinə çağrılıb və ona qarşılıqlı cabab tədbirinin çox sərt olacağı barədə xəbərdarlıq edilib. Yəni Rusiya adəti üzə Norveç hökumətini hədələyib 

   
Rüstəm Hacıyev