23 Yanvar 2015 16:45
2868
SİYASƏT

Novruz Aslan seçicilərini qəbul edib - Foto

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Vəng kəndində seçicilərini qəbul edib.

Deputatın qərargahından verilən xəbərə görə, qəbul kənd orta məktəbində baş tutub və kənd icra nümayəndəsi, bələdiyyə sədri də qəbulda iştirak ediblər.

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən kəndə gedən yolun, işıq dirəklərinin dəyişdirilməsi, təbii qaz və içməli su məsələsi ilə bağlı olub. Qaldırılan məsələlərlə bağlı deputat əlaqədar qurumlara müraciət edəcəyini bildirib.