DİN bayramda rayonlara gedənlərə çağırış etdi - VİDEO
Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlarımıza səfər edən hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.
Müraciətdə deyilir:
"Əziz hərəkət iştirakçıları!
Novruz bayramı günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin".
Digər Xəbərlər
27 Mart 2026 22:52
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib
27 Mart 2026 18:10
Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – SİYAHI
27 Mart 2026 15:32
"Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır"
27 Mart 2026 10:58


Bakı -°C

