adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Sentyabr 2020 15:25
58788
MARAQLI

Nuru Paşanın xatirəsini kiçik köşkündə yad edən şair 

Tanınmış şair Akif Əhmədgilin kitab sərgisi keçirilib. Sərgi şairin yaşadığı binanın həyətində təşkil olunub.

Sərginin 15 sentyabrda təşkil olunmasının səbəbi 102 il bundan öncə Qafqaz İslam Ordusu tərəfindən Bakının düşmənlərdən azad edilməsi münasibətiylə olub.

Sərgidə müəllif öz kitabxanasından müxtəlif illərdə nəşr olunan kitablarını təqdim edib. Bundan əlavə şair yalnız öz kitablarını deyil, digər müəlliflərin kitablarını da sərgi iştirakçılarına nümayiş etdirib.

Kitabı təqdim olunan müəlliflər arasında Qənirə Paşayeva, Aqil Abbas, Uluqbəy, Oljas Süleymanov( tərcüməsi Akif Əhmədgilə aiddir)Bəxtiyar Əliyev və Əkbər Bayramovun hazırladığı “Hüquq psixologiyası” və digrləri olub.

Akif Əhmədgil bunun sərgidən çox etiraz və çağırış xarakterli olduğunu bildirib və onun bu sərgini təşkil etməkdə məqsədi həm də yaxınlıqdan keçən şagirdlərə Nuru Paşanı tanıtmaqdır.

O, balaca köşkünün önündə qonaqlarını qəbul edib, samovarda dəmlənmiş çayına qonaq edib və onlarla sərgilədiyi kitablar,Nuru Paşanın Bakı üçün etdiklərindən danışıb.

Onun bu kiçik sərgisinə Elxan Zal Qaraxanlı, Yusif Nəğməkar və başqaları təşrif buyurub. Onlar da Akif Əhmədgilin kitab köşkünə kitablar hədiyyə ediblər.

O bu köşükün adını şərti olaraq “Kırmızı kedi” qoyub.

 

Eminquey