24 Iyul 2024 15:46
94
DÜNYA

Obama niyə namizəd ola bilməz?

ABŞ-ın hazırkı dövlət başçısı Co Baydenin prezidentlik yarışından çıxması onun yerinə seçiləcək namizədlərlə bağlı müzakirələrə səbəb olub.

Adalet.az xəbər verir ki, belə müzakirələrdə gündəmə gələ biləcək adlardan biri də keçmiş prezident Barak Obamadır. Amma Obama prezidentliyə namizəd ola bilərmi?

ABŞ mətbuatı Obamanın yenidən prezidentliyə namizəd ola bilməyəcəyini yazıb. ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş səbəbindən Obama yenidən prezidentliyə namizəd ola bilməz. 22-ci düzəlişdə deyilir ki, “heç bir şəxs Prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz”.

Qanunun bu tələbinə görə, əgər kimsə iki müddət prezident olubsa, vəzifədən gedib bir neçə illik aralıq fasilədən sonra da yenidən namizədliyini irəli sürə bilməz.

Barak Obama iki dönəm ABŞ prezidenti seçilib: 2009 və 2013-cü illərdə.