24 Iyul 2024 18:00
79
DÜNYA

Türkiyə XİN: PKK-nın ələ keçirdiyi təbii sərvətlər Suriya xalqına qaytarılmalıdır

Türkiyə PKK və YPG ilə mübarizəni davam etdirməlidir.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

H.Fidan bildirib ki, sözügedən terror təşkilatlarının nəzarətində olan neftlə zəngin ərazilər və enerji mənbələri Suriya xalqına geri qaytarılmalıdır: “Türkiyə bunun üçün çalışır”.