24 Iyul 2024 12:20
79
DÜNYA

İvanaşvilini öldürmək istəyirlər..?

Gürcüstanın xüsusi xidmət orqanları, "Gürcü arzusu-demokratik Gercüstan" partiyasının yaradıcısı və sədri Bidzina İvanaşviliyə qarşı sui-qəsd hazırlanması ilə bağlı araşdırma aparır.

 "Dövlət təhlükəsizlik xidməti, hazırda Ukraynada yaşayan keçmiş dövlət məmurları və güc strukturlarının nümayəndələri  "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanaşvilini öldürməyə hazırlaşmaları ilə bağlı istintaq aparır"-deyə Facebookun dövlət səhifəsindəki məlumatda bildirilir.

 Gürcüstanın DTX-sı, iyul ayının 21-də vətənə qayıdan, Ukrayna müharibəsində iştirak edən vətəndaşları ilə söhbətlər aparmağa başlayıb. İki gürcü hərbiçi- Nadim Xmaladze və Vaji Tsetatze, "dövlət çevrilişinə cəhdlə" bağlı xüsusi xidmət orqanlarına dəvət olunsalar da, onlar çağrış yerinə gəlməyiblər.

 Rüstəm Hacıyev