24 Iyul 2024 12:17
91
DÜNYA

Fəxrəddin Altun: Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır

Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Türkiyə kommunikasiya simpoziumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə bu gün beynəlxalq aləmdə öz sözünü deyir, haqsızlığa qarşı susmur: "Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır. Bu mənada biz ciddi öhdəlik daşıyırıq”.

F.Altun bildirib ki, bu işdə kommunikasiya vacib elementlərdəndir.