24 Iyul 2024 11:34
84
DÜNYA

Kennedi: "ABŞ-da inqilab olacaq"

ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi  ölkədə inqilab ola biləcəyi barədə xəbərdarlıq edib.

 "Bu ölkəni inqilab gözəyir.  Sual ondadır ki, bu inqilab ideya üzərində baş verəcək, yoxsa qara qüvvələr tərəfindən həyata keçiriləcək. Seçim sizindir"- deyə onun xalqa müraciətində bildirilir.

 Kiçik- Kenedi video müraciətində Birləşmiş Ştatlarda baş verə biləcək inqilab barədə müzakirə aparıb.  Onun sözlərinə görə, demokratlar və respublikaçılar arasında hakimiyyət uğrunda mübarizə artıq qarşıdurma həddinə çatıb və sinfi mübarizəyə keçib. Kennedi bildirib ki, 54 fauz amerikanlıya,  öz yaşayış təminatını ödəmək üçün maliyyə vəsaiti çatmır.

 Xatırladırıq ki, ABŞ-da sayca 60 -cı prezident seçkiləri noyabr ayının 5-də keçiriləcək. Avqust-sentyabr aylarında artıq hər bir partiyanın qurultaylarında bir nəfərin namizədliyi təsdiq olunmalıdır. 

  Rüstəm Hacıyev