24 Iyul 2024 12:21
113
İDMAN

CƏBBƏLÜTARİQƏ YUXARIDAN AŞAĞI BAXMAYIN

Birincisi, Avropadır, «Linkoln» komandasının  oyunçuları  Avropanın ayrı-ayrı tanınmış klublarında oynayıblar. Özləri də əksəriyyəti Böyük Britaniyanın  və

İspaniyanın  vətəndaşlarıdır, eləcə də digər Avropa ölkələrinin.

Bu ölkənin  30 min vətəndaşı var, təxminən Tovuzun Qovlar qəsəbəsinin sakinlərindən bir az artıq, Gəncə şəhərindən on beş dəfə az. Amma özünün daxili  çempionatını  keçirir, «B» qrupu da var. «Linkoln» da  bu ölkənin  28 dəfə çempionu olub. Gəncənin «Kəpəz» komandası isə Azərbaycan Yüksək liqasında  güc-bəla ilə  yerini qoruyub saxlaya bilib. 

Nə isə…

«Qarabağ» klubu Çempionlar Liqasının ikinci təsnifat  mərhələsində «Linkoln»u 2:0 məğlub etdi. Özü də bilirsiz hansı gün – 23 iyulda, Ağdamın işğal günündə. 

Ağdam  azad olunub, yenidən  qurulur. Və rayonda 15 minlik stadion tikilir. İnşallah, «Qarabağ» Ağdama  dönəndən sonra görün hansı zirvələri fəth edəcək?!

Tanrı «Qarabağ»ı qorusun!

Tanrı Qurban Qurbanovu qorusun!

Aqil ABBAS