24 Iyul 2024 12:47
76
SİYASƏT

XİN Efiopiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.

Adalet.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Efiopiyanın Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində çoxsaylı insan itkisi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Efiopiya hökumətinə başsağlığı verir və zərər çəkmiş insanların tezliklə sağalmasına ümid edirik" , -məlumatda qeyd edilib.