Ukrayna Rusiya ilə danışıqlara hazırdır..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
104 | 2024-07-24 13:25

Pekində səfərdə olan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna ədalətli və dayanıqlı sülhün əldə olunması üçün Vladimir Putinlə danışıqlara başlamaq istəyir. Ukrayna prezidenti Volodimir Zelenski də daha əvvəl danışıqlara başlamaq niyyətini açıqlamışdı.

 "Ukrayna tərəfi istəyir və Rusiya ilə dialoqa hazırdır.  Təbii ki, danışıqlar rasional olmalı , ədalətli və dayanıqlı sülhün əldə olunması üçün praktiki əhəmiyyət kəsb etməlidir"- deyə Ukrayna XİN-in rəhbəri Dmitri Kuleba Çinin xarici işlər naziri Mao Ninlə görüşündə bəyan edib.

 Əslində Rusiya prezidenti Vladimir Putində bütün çıxışlstında Ukrayna münaqişəsinin danışıqlar masasında həll olunmasını bəyan edir. Lakin tərəflərin danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlər hər iki tərəfdən qəbuledilməz sayıldığı üçün baş tutmur. 

 Ukrayna tərəfi danışıqlara başlamaq üçün atəşin dayandırılmasını, Rusiya qoşunlarının işğal olunmuş ərazilərinfən çıxarılmasını və ərazi bütövlüyünün bərpa olunması şərtlərini irəli sürür.

 Rusiya tərəfi isə, Krımda daxil olmaqla işğal etdikləri və artıq Rusiya ərazilərinə daxil etdikləri Xerson, Zaparojye, Donbass və Luqansk vilayətlərinin Rusiyanın ərazisi kimi tanınmasını, Ukraynanın NATO-dan imtina etməsini və yalnız bundan sonra danışıqlar masasına otura biləcəkləri şərtlərini irəli sürür.

 Hər kəsə aydındır ki, bu şərtlər qarşılığında  sülhə nail olmaq mümkün olmayacaq. Görünən odur ki, bu müharibə elə ABŞ-ın ssenarisi üzrə, tərəflərdən birinin kapitulyasına qədər davam edəcəkdir, yəni sonsuzluğa qədər...

 

TƏQVİM / ARXİV