24 Iyul 2024 12:10
78
DÜNYA

MİT PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Süleymaniyye bölgəsində yeni əməliyyat keçirib.

Adalet.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat bölgəsində PKK/KCK terror qruplaşmasının üç üzvü zərərsizləşdirilib.

Onlardan birinin qruplaşmanın Süleymaniyye bölgəsi üzrə rəhbər şəxsi Pmer Fırat olduğu bildirilib.