Ödənişi gecikdirilmiş işçilərin pulları ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında vətəndaş müraciətlərini araşdırarkən, işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 26 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Bu vəsaitin 82,8 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin 2 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Digər Xəbərlər
17 Mart 2026 17:45
ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb
17 Mart 2026 17:30
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
17 Mart 2026 15:59
“AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edilib
17 Mart 2026 13:01


Bakı -°C

