“Omikron”un yeni növünü PCR testi ilə aşkar etmək çətindir
Avstraliyanın Kvinslend ştatında elm adamları “Omikron” ştammının genetik “alt növünü” müəyyən ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Kvinslend ştatının səhiyyə naziri İvett D'At xəbər verib.
Onun sözlərinə görə, yeni subvariant bu yaxınlarda Nigeriyadan gələn və “Omikron”a yoluxmuş ikinci avstraliyalının nümunələrində tapılıb.
“Məhkəmə-tibbi və elmi xidmətlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm, çünki onların beynəlxalq komitə ilə işi “Omikron”un iki alt tipə yenidən təsnifləşdirilməsinə səbəb oldu. Onların hər ikisi burada Kvinslenddədir”, - deyə o bildirib.
Avstraliyalı mütəxəssislər yeni subvariantın dünyanın müxtəlif hissələrinə yayılma ehtimalı olduğunu hesab edirlər. Bununla belə, onların sözlərinə görə, subvariantı yeni ştamm adlandırmaq olmaz, o alt tipdir.
Ekspertlər bildirir ki, SARS-CoV-2-nin yeni versiyası “Omikron”un genetik dəyişikliklərinin təxminən yarısını saxlayıb. Buna görə onu PCR testi ilə aşkar etmək daha çətindir.(oxu.az)
Digər Xəbərlər
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54


Bakı -°C

