16 May 2025 12:15
311
GÜNDƏM

Ordumuz: Zaxarovanın heyranlığı, Lukaşenkonun fikri, ermənilərin hiddəti

İçi mən qarışıq 9 may günü Azərbaycan Silahlı Qüvvələrinin Komando Briqadası Moskvada İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş Qələbə paradında möhtəşəm iştirakı, həmçinin mükəmməlliyi ilə hər kəsi sevindirib.

Hətta Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdəki çıxışında ordumuzun nümayəndələrinə heyranlığını gizlətməyib. O, Azərbaycan komandolarının Moskvadakı Qələbə paradında təntənəli marşını “möhtəşəm iştirak” adlandırmışdı:“Biz həqiqətən də şadıq ki, bu gün Azərbaycan vətəndaşları, Rusiyada və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılarla əcdadlarımızın tarixi xatirəsinə və şücaətinə hörmətimizdə həmrəyik”.

Hazırda Rusiya rəsmisinin bu açıqlamaları sosial şəbəkələrin erməni seqmentində hiddətlə paylaşılır və Rusiya əleyhinə rəylər yazılır.
Xatırladaq ki, Moskvada keçirilən qələbə paradında Ermənistan Baş naziri Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun arasında baş tutan dialoq mediaya sızıb.

Məsələn, erməni media yazıb ki, Ermənistan və Belarus liderləri arasında münasibətlər çoxdan çox pis olsa da, guya əlifba sırasını nəzərə alaraq, Paşinyan həm konsertdə, həm də paradda qəsdən Lukaşenkonun yanında əyləşdirilib.

Lukaşenko deyib: “İndi gəlib oturmusan ki, nə edəsən, alqışlayasanmı? Azərbaycanın hərbi dəstəsi keçib gedir, bəs sən? Hərbi dəstə göndərməmisən, yaxşı olmazdımı ki, indi sənin erməni hərbi dəstən buradan keçəydi, sən də qürurla alqışlayaydın? Üstəlik, sən elə bir ölkəsən ki, Sovet İttifaqının tərkibində qələbə döyüşünə qatılmısan”.
Bu dialoqa və münasibətə görə, erməni politoloqlar, ekspertlər düşünür ki, Paşinyan mayın 9-da Moskvada keçirilən hərbi paradda könüllü iştirak etməyib, buna məcbur edilib. Yəni, Kreml Ermənistanın Qərbə meyilliyini bildiyi və bunun ciddi bir müstəviyə keçdiyi anladığı üçün baş naziri Moskvaya çağırıb, bu üsulla da aşağılayıb.

Elə Belarus mediası da, Lukaşenko administrasiyasına eyham edərək bildirir ki, Ermənistan hakimiyyəti heç də qələbə şənliklərində iştirak etməkdə maraqlı deyil və Paşinyanı Moskvaya onu aşağılamaq üçün gətiriblər”

Əntiqə Rəşid