"Mənə dedi ki, nə ağılla Zaurun verilişinə çıxdın?"
Müğənni Nərmin Kərimbəyova maraqlı açıqlaması ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, sənətçi Zaur Kamalın aparıcılıq etdiyi verilişdə qonaq olarkən efirlə bağlı yaşadığı qəribə hadisəni xatırladıb. Onun sözlərinə görə, ilk dəfə həmin verilişə dəvət alanda yaxın çevrəsindən birmənalı qarşılanmayan reaksiyalar olub:
"İlk dəfə sənin efirinə gələndə uzaq qohumlarımdan biri mənə zəng edib dedi ki, sən nə ağılla Zaurun efirinə çıxmısan? Məni tənqid etdi, dedi ki, sənə uyğun deyil", - deyə Kərimbəyova bildirib.
Müğənni həmin tənqidlərə baxmayaraq qərarından dönmədiyini vurğulayıb:
"Cavab verdim ki, bu baxılan, hörmətli efirdir və gedəcəyəm. Bu günə qədər də gəlib çıxmışam. Səninlə dostluq münasibətimiz yarandı. Hətta verilişdə nəsə desəydin belə, yenə də gələcəkdim", - deyə o əlavə edib.
Nərmin Kərimbəyovanın bu səmimi etirafı studiyada maraqla qarşılanıb. İzləyicilər sənətçinin qətiyyətli mövqeyini və aparıcı ilə formalaşan səmimi münasibəti müsbət dəyərləndiriblər.
Digər Xəbərlər
01 Yanvar 2026 19:45
Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi
01 Yanvar 2026 18:44
Meyxanaçıların toy QİYMƏTLƏRİ: Diqqət çəkən... - VİDEO
29 Dekabr 2025 12:12
Röya: “Ən düzgün olmayan sözüm odur”
27 Dekabr 2025 13:14
Gələn həftə bu seriallar yayımlanmayacaq
27 Dekabr 2025 13:02
"Başımı bağlamağımı istəsə, onu da edərəm"
25 Dekabr 2025 20:00
"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi
24 Dekabr 2025 12:30
Şəbnəm Tovuzlu: “Özünə sənətkar deyib canlı oxuya bilməyən müğənni çoxdur”
24 Dekabr 2025 11:59


Bakı -°C

