“Ordumuzun bu hakim yüksəklikləri nəzarətə götürməsi...”- Hərbi ekspert
“Azərbaycan Ordusunun Zabux və Cağazur arasında olan hakim yüksəklikləri, orda mövcud olan əsas, yardımçı yolları nəzarətə götürməsi çox vacib və əhəmiyyətli addımdır”
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bu yolların nəzarətə götürülməsiylə Ermənistandan Qarabağa daşınan silah-sursatın qarşısının alınacağını bildirib:
“Bu Azərbaycana Qarabağa Ermənistandan silah-sursat mina və digər daşınmaların qarşısını almağa kömək edəcək. Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədinin Laçın ərazisindən keçən hissəsində nəzarəti bərp etməyə imkan verəcək. Digər tərəfdən isə bu Azərbaycan-Ermənistan arasında sərhəd keçid məntəqəsinin yaradılmasına da şərait yaradacaq”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürülüb.
Vasif Əlihüseyn
Digər Xəbərlər
24 Sentyabr 2026 21:00
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
24 Sentyabr 2026 20:38
Əli Əsədov nazirləri TOPLADI - FOTOLAR
24 Sentyabr 2026 20:10
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bildirdi
24 Sentyabr 2026 19:01
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
24 Sentyabr 2026 18:41
Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı - Səbəbi açıqlandı
24 Sentyabr 2026 17:56
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
24 Sentyabr 2026 17:39
Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında protokol imzalanıb
24 Sentyabr 2026 17:12


Bakı -°C

