Ermənistan mediası Moskvada keçirilən Putin-Paşinyan görüşünü, elə ermənicəsinə şəhr edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidentinə demokratiya dərsi verməsi, Ermənistanda bir sıra rusiyapərəst qüvvələrin ürəyincə olmayıb. Moskvaya bağlılığı ilə tanınan keçmiş xarici kişlər naziri Vardan Oskanyan yerli mətbuata müsahibəsində, hər iki ölkənin geniş heyyətdə keçirilən görüşünü şəhr edərkən bildirib ki, guya həmin görüşdə Rusita prezidenti Vladimir Putin çox sərt şəkildə Paşinyana və erməni xalqına messaj göndərib.
"Əgər diplomatik formulu kənara qoysaq, Putin Paşinyanı doğru yolla irəliləməməkdə günahlandırıb, ölkəsinə və xslqına böyük zərbə vurduğunu onun nəzərinə çatdırıb"- deyə Oskanyan müsahibəsində bəyan edib.
Eks xarici işlər nazirinin sözlərinə görə, iki liderin görüşündə baş verənlər, adi rəsmi görüş çərçivəsindən çıxıb. Putin Paşinyanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq, bunun Ermənistana həm iqtisadi, həm də təhlükəsizlik baxımından problemlər yaradacağını bildirib. Eyni zamanda bunun qarşıdan gələn parlament seçkilərinədə təsirsiz ötüşməyəcəyi ilə təhdid edib.
"Putin dəqiq olaraq, Ermənistanın nələri itirdiyini və nələrin itirə biləcəyini xüsusi vurğulayıb"- deyə Oskanyan bildirib.
Təbii ki, Paşinyan hakimiyyətinə müxalif olan Oskanyanın geniş tərkibli Moskva görüşünü bu formada şəhr etməsi, elektoratı üorxutmağa, seçkilərdə baş nazirin partiyasına səs verməkdən çəkindirməyə hesablanıb.
Keçmiş XİN rəhbəri, Paşinyanın kostyumunun yaxasına vurduğu Ermənistanın xəritəsinə də, irad bildirib bə qeyd edib ki, heç bir ölkənin başçısı, döşünə ölkəsinin xəritəsini asmır. Osksnyanın fikirincə, Paşinyan bununla bir daha Qarabağ məsələsinin Ermənistsn üçün birdəfəlik qapandığını açıq şəkildə nümayiş etdirir.


Bakı -°C
