Ötən həftə 1 497 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə oktyabrın 6-dan 12-nə qədər 100 tank əleyhinə mina, 77 piyada əleyhinə mina, 1584 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1497, 5 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Digər Xəbərlər
09 Noyabr 2025 17:15
Əziz Sancar Azərbaycan xalqını TƏBRİK ETDİ - VİDEO
09 Noyabr 2025 13:05
4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... - VİDEO
09 Noyabr 2025 12:55
DTX Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi - VİDEO
09 Noyabr 2025 09:35


Bakı -°C

