Ötən həftə dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb - ÜST

Ötən həftə ərzində (3-9 yanvar) "omikron" ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma hallarının sayında rekord artım qeydə alınıb.
Adalet.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Son bir həftə ərzində ÜST-yə dünya üzrə 15 milyondan çox yeni COVID-19 halı barədə məlumat daxil olub. İndiyə qədər bu, bir həftə ərzində qeydə alınmış ən yüksək göstəricidir", - deyə baş direktor bildirib.
O qeyd edib ki, koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasına səbəb "omikron" ştammının yayılmasıdır.
ÜST-nin baş direktoru bir daha peyvənd olunmağın zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, Afrikada əhalinin 85 faizindən çoxu hələ də peyvəndin ilk dozasını gözləyir. Dünyanın 90-a yaxın ölkəsi hələ də əhalisinin 40 faizini belə peyvənd etməyib, bu ölkələrin 36-sı isə əhalisinin 10 faizindən azını peyvənd edib.
Digər Xəbərlər

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”

Əsəd məsələsi ilə bağlı məlumat verə biləcəyimiz heç nə yoxdur

"İlham Əliyev bütün Qafqazın şərəfini qorudu" - Saakaşvili

Volodin Qərb liderlərini təhqir etdi

“ABŞ Pakistanı Çinin təsirindən çıxarmaq istəyir” – Politoloq

Türkiyədə inanılmaz sərvət tapıldı - Ərdoğan elan etdi

Türkiyə MN: Silahlı Qüvvələrimiz Qəzzada missiyaya hazırdır
