14 Mart 2025 11:05
85
İQTİSADİYYAT

Ötən il sığorta ödənişlərinin həcmi açıqlandı

Ötən il sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin təmin edilməsi tədbirləri hesabat dövründə davam etdirilib.

Adalet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

2024-cü ilin sonuna olan məlumatlara əsasən sektor üzrə ümumi sığorta haqları 1353 mln. manat, sığorta ödənişləri isə 753 mln. manat təşkil edib. Sığorta haqları 2023-cü ilin sonu ilə müqayisədə 11% (131 mln. manat), sığorta ödənişləri isə 28% (165 mln. manat) artıb.

Nicat