Oxucularla görüş keçirildi - FOTOLAR
N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialını və Kürdəmir rayon Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Kürdəmir rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.
Muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, detektiv janrda yazdığı əsərləri ilə böyük rəğbət qazanan yazıçının 30-dan çox kitabı təkrar nəşrlə 100000-dən artıq tirajla çap olunub.
Görüşdə qocaman jurnalist Tofiq Abdullayev, Kürdəmir rayon Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu, əmək veteranı Ağasəməd Abdullayev, şairə Tənzilə Əliyeva, şəhid atası Bahadur Paşayev və başqaları çıxış edərək Ə.Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas və əsl vətənpərvər olduğunu vurğulayaraq yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söylədilər.
Sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun, dünya şöhrətli Xalq yazıçısı Çingiz Abdullayevin, yazıçı Əlfi Qasımovun, Mustafa Çəmənlinin, yazıçı-publisist Flora Xəlilzadənin və digər məşhurların Ə.Azayev yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər muzeyin əməkdaşı Nuray Muxtarzadə tərəfindən səsləndirildi. Oxucuların yazıçının əsərlərindən hazırladığı kompozisiyalar, o cümlədən çıxışları böyük maraqla qarşılandı.
Tədbir iştirakçıları tanınmış muğam ifaçısı Səfalı Əliyevin ifa etdiyi muğam və təsniflərləri gurultulu alqışlarla qarşıladılar.
Sonda çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun adından Ə.Azayevi təbrik edərək ona yaradıcılığında yeni-yeni nailiyyətlər arzuladı və İcra Başçısının imzaladığı Fəxri fərmanı yazıçıya təqdim etdi. Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təbrik məktubu və imzaladığı Fəxri fərman Əlisəfa Azayevə təqdim olundu. Öz növbəsində Kürdəmir Mədəniyyət müəssisələri adından yazılmış təşəkkürnaməni Mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri İradə Mahmudova yazıçıya təqdim etdi.
Sonda yazıçı publisist Ə.Azayev oxucuların ona ünvanladığı sualları cavablandırdı və maraqlı görüş üçün təşkilatçılara və ovucularına minnətdarlığını bildirdi.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

