adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Sentyabr 2015 12:16
87275
RUBRİKA

“Öz vicdanımız qarşısında hesabat verəndə utanmırıq”

Mandat.O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan.Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını,onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçkikeçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözühəmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi?Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını, hansıtəkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləri bilər.Əlbəttə qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq və mütləqözün biləsən.

Beləliklə"Mandat” rubrikasının bugünkü qonağı 31 saylı Suraxanı ikinci seçki dairəsindən millət vəkiliFərəc Quliyev (Ulusoy)dur.

-Fərəcmüəllim, 5 illik Milli Məclis fəaliyyətinizi necə dəyərləndirirsiniz?

-Düşünürəm ki, Millət vəkillərinin fəaliyyəti ilə bağlı onlaraünvanlanan suallara cavab verərkəncəmiyyətdəyanlış təəssüratınyaranmasına səbəb olurlar. Millət vəkillərindən fəaliyyətini soruşanda daha çoxsosial məsələlərə aid olan istiqamətdə, seçicilərdən xoş təəssürat almaq naminəfikirlər səsləndirirlər. Ancaq deputatın ən mühüm işi ilk öncə qanunvericiorqanda qanun yaratmaqdan, ölkəsini başqa xarici dövlətlərdə təmsil etməkdən,seçiciləri ilə sıx təmasda olmaq və ümumiyyətlə ölkə ərazisində olan bütünseçicilərin istək və arzularını dinləmək, bu məsələləri gündəmə gətirməkdən,eyni zamanda millət vəkilinin işi "Təhlükəsizlikdə olum” doktorinasınınhəyata keçirilməsi üçün qanunverici işlərin görülməsinə töhfə verilməsindənibarətdir.

Bubaxımdan hesab edirəm ki, millət vəkili kimi beş illik fəaliyyətim müddətindəseçicilərim məndən narazı qalmayıb.

Seçicilərimləciddi şəkildə işləyə bildim. Ən azından heç bir seçicinin istəyini geriçevirmədim, heç bir seçicinin görüşündən imtina etmədim. Təbii ki, millətvəkili kimi bizə olunan müraciətlərin hamısını həll edə bilmədik. Konkretolaraq işsizliklə bağlı müraciətlərdə ciddi çətinliyimiz oldu. Ancaq ümuməngötürəndə bizə etimad göstərən insanların etimadlarını doğrulda bildik.

Eyni zamanda onu da qeyd edim ki, bu beş illik fəaliyyətim dövründəAvropa təşkilatları ilə sıx çalışdım. Avronestdə xüsusilə fəaliyyət göstərdim.Bir neçə ölkələrdə Qarabağ dinləmələrində məruzəçi kimi çıxış etdim. AvropaParlamentinin 750-yə qədər üzvünə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlifdillərdə müraciət ünvanladım. Yeddi dostluq qrupunda təmsil olunmuşam və buölkələrin səfirləri və parlamentləriilə əlaqə saxlamışam. Diaspora sahəsində də fəaliyyətimiz olub. Müdafiə vəTəhlükəsizlik Komitəsinin üzvü kimi daha çox hərbiçilərin problemləri ilə bağlıbir sıra məsələ qaldırdıq. Yeri gəlmişkən, Mən prezident İlham Əliyevə təşəkkür edirəm ki,hərbiçilərə daimi mənzillərin verilməsi ilə bağlı sərəncam imzaladı. Belə birsərəncamın imzalanması bütün sahələrdə olan insanları, xüsusən hərbiçiləri dahaçox sevindirdi.

Fəaliyyət dövründə qanunverici təşəbbüslərlə çıxış etdik. Parlamentin elə iclasıolmayıb ki, qaldırılan məsələlərə münasibət bildirməyək. Bu münasibət bildirməkdə münasibət bildirmək xətrinə olmayıb. Çalışmışıq ki, qanunverici bazada olançatışmamazlıqlar ardan qaldırılsın.

Bütövlükdə beş illik fəaliyyəti faydalı yaşadıq. Ən azından özvicdanımız qarşısında hesabat verəndə utanmırıq. Mən hesab edirəm ki, hər kəsialdada bilər. Özünü və allahını aldada bilməz. Bu baxımdan alnımız hər kəsinyanında açıqdır.

-Bumüddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

-Dediyimkimi Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olduğum üçün mənəmüraciət edənlərin çoxu hərbiçilər idi. Onların mənzil və xüsusən döyüşmüşadamların, ocümlədən hazırda xidmət edən hərbiçilərin problemlərini həll edən də mənə daha çox xoşolub. Bu məni daha çox sevindirib.

-MANDAT-ınıqazandığınız seçicilərin həll olunmamış problemi kimi nələri sadala bilərsiniz?

-Problemlərəslində bir-birinəbağlıdır. Elə problem yoxdur ki, bizdə olsun, başqasında olmasın. Bu gündünyada gedən iqtisadi böhranın nəticəsində baş qaldıran sosial-iqtisadivəziyyət Azərbaycandan da yan keçməyib. Azərbaycanda da istehlak səbəti iləinsanların aldığı əmək haqlarıadekvat deyil. Milli Məclisdə dəfələrlə ziyalıların, müəllim və həkimlərinmaaşlarının qaldırılması məsələsini qaldırmışam. Mən hesab edirəm ki, ayrı-ayrımüəllimin, az təminatlının problemini həll etməkdənsə, məsələni köklü şəkildə həll eləməklazımdır. Və bu yöndə dövlət tərəfindən də müəyyən addımlar atılıb.

Bəzənelə olub ki, imkansızailələrdən bizə müraciətlər olub. Çətinliklərin qarşısında əlimizdə o imkanlaryoxdur ki, onlara kömək edək. Mətbuatda, elektron KİV-lərdə dəfələrləçağırışlar edirdim ki, bəzi insanlar boş yerə pul xərcləməyi özlərinəqəhrəmanlıq hesab etməsinlər. O qədər uşaq evləri var ki, onlara yardım etməklazımdır.

Ümumənonu deyim ki, bizə edilən müraciətlərin bəziləri qarşısında susqun qalmağaməcbur olmuşuq, arzuladığımıza çatmamışıq.

-Qarşıdangələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-AzərbaycanMilli Dirçəliş Hərəkatı Partiyasının seçkilərdə iştirakla bağlı qərarı var.Yaxın günlərdə siyahımızı geniş ictimaiyyətə təqdim edəcəyik. Bloklara qoşulmuruq, seçkilərə müstəqilgedirik. Bu seçkilərə fərqli yanaşmamız var. Biz bütün dairələrdə namizədimizolsun deyə davranmırıq. Layiq bildiyimiz, düşüncəsi düşüncəmizə yaxın olan, bitərəfadamların, ziyalı və jurnalistlərin müəyyən dairələrdə alternativ vermədənmüdafiəsində heç bir təmənnamız,qarşılıq istəmədən iştirakını təmin edəcəyik.

-AzərbaycanMilli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlarbarmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Olabilər ki, hər hansı millət vəkili Milli Məclisin plenar iclaslarında aktiv deyil. Ancaq onlarınçox ciddi fəaliyyətləri var. Məsələn, götürək Elxan Süleymanovu. Elxan Süleymanovun bircə dəfə dəolsa parlamentin iclasında iştirak etməyə imkanı olmayıb. Ancaq AzərbaycanıAvropa Şurasında, Avronestdə çox yüksək səviyyədə təmsil edə bilib.

-Fərəcbəy, Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyəbilərsiniz?

-Mənsizə bir məsələni deyim ki, bugünkü Azərbaycan qanunvericiliyi çox zəngindir.Biz Azərbaycan xalqı olaraq, millət vəkilləri olaraq mükəmməl Azərbaycanqanunvericiliyini ərsəyə gətirmişik. Həyat dinamik bir prosesdir. Və hər günyeni nəsnələr ortaya çıxdığı üçün qanunvericilikdə müəyyən dəyişikliklərzəruridir. Bütün bunlara baxmayaraq həyatın bütün sahələrini əhatə edənmükəmməl qanunverici bazamız var. Mən sizi inandırıram ki, Azərbaycanqanunverici bazasına tən gələ biləcək, o gücdə ola bilən qanunverici baza yoxdur.

-AdətənMillət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasındamüəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Qanunvericiorqana münasibət, bəzi nazirliklər tərəfindən adekvat deyil. Onların statuslarıilə uyğunlaşmır. Onlar anlamırlar ki, bu qanunverici orqandır və qanun qəbul edən orqanahörmətlə yanaşılmalıdır.

ƏdilƏdilzadə