“OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ İB-də YENİ LAYİHƏ
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin növbəti layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsinin qalibi elan olunub.
2021-ci ildə fəaliyyətə başladığı gündən aşıq sənətinin təbliği istiqamətində mühüm işlər görən ictimai birliyin budəfəki layihəsi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır.
İctimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühitini daha geniş müstəvidə təqdim etmək, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etməkdir.
Bu bölgənin aşıqlarının özünəməxsus musiqi və dastan repertuarı mövcuddur. Borçalı aşıq mühitinin özəlliklərinə diqqəti yönəltmək üçün layihə çərçivəsində bu bölgənin aşıqlarının repertuarında zaman-zaman mühüm yer tutmuş aşıq havalarının təqdim olunacağı konsertin təşkil olunması nəzərdə tutulur.
M.Nəbioğlu onu da əlavə edib ki, ictimai birliyin “Ozan dünyası” adlı elmi-publisistik jurnalı işıq üzü görür, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2023-cü ildə “Sazbəndlik sənəti və sazbəndlər”, 2025-ci ildə isə “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihələr uğurla həyata keçirilib.
Digər Xəbərlər
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00
SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ
29 Iyul 2026 19:17
Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başladı
24 Iyul 2026 09:00
MEŞƏLƏR YANIRSA…
20 Iyul 2026 10:27
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi
17 Iyul 2026 09:00
ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI
16 Iyul 2026 10:45
Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi
10 Iyul 2026 20:11


Bakı -°C

