ÖZÜMÜZÜNKÜLƏR QIRILIB QURTARIB Kİ…

Qədir Rüstəmovun çox maraqlı bir fikri var.
Seyran Səxavət soruşur:
- Qədir, yəqin uşaqlara arvad qohumlarının adını qoymusan…
Qədir:
- Niyə, özümüzünkülər qırılıb qurtarıb ki?
İndi «Sumqayıt»ı qırx arşın quyunun dibinə salan Baqa çıxıb getdi . Mətbuatda oxuyuram ki, «Sumqayıt»a yeni baş məşqçi axtarırlar. Samir Abbasovun və daha iki əcnəbi məşqçinin söhbəti gedir.
Bizim «Pro» kateqoriyalı öz məşqçilərimiz, ayıb olmasın, küçədə it döyür. Əcnəbi məşqçinin fəaliyyətini gördük də. Elə Samir Abbasov ən layiqli namizəddi.
Qədir Rüstəmovun sözü olmasın, bizim məşqçilər qırılıb qurtarıb ki, əcnəbi məşqçi axtarırsınız?
Digər Xəbərlər

Bəhmənlinin futbol stadionu...

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını cəzalandırdı

Misli Premyer Liqasında XI tur "Zəfər turu" adlanacaq

Dünya idmançıları yenidən Kapadokyada toplanır - FOTOLAR
