PA rəsmisi: Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının fəaliyyəti başa çatmalıdır
İki ölkənin səırhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum yoxdur:
"Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiya həmin ərazilərə yerləşdirilən zaman Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının həmin dövrdəki prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan iştirak edirdilər. Bu missiyanın qısamüddətli olacağı razılaşdırılmışdı. Amma göründüyü kimi, bu missiya davamlı xarakter alıb, hətta onun tərkibi, mandatının əhatə dairəsi də genişləndirilir".
H.Hacıyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması və onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə hansısa ehtiyac yoxdur:
"Aİ missiyası regionda sülhün genişləndirilməsinə xidmət edən faktor deyil. Sülhün gücləndirilməsi Ermənistanla Azərbaycan arasındakı prosesdir. Üçüncü ölkənin sərhəddə olması, iki ölkə arasında vəziyyətin gərginləşməsinə. Avropa İttifaqının da Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bəzi Avropa ölkələri isə Aİ missiyası adından çıxış edərək, Ermənistanda planlarını həyata keçirirlər".
Digər Xəbərlər
18 Yanvar 2026 11:29
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22


Bakı -°C

