İlham Əliyev Müctəba Xameneyini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri.
İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm".
Digər Xəbərlər
16 Aprel 2026 14:56
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
16 Aprel 2026 14:12
“İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir...” – Politoloq
16 Aprel 2026 13:12
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Matviyenko
16 Aprel 2026 12:10
Aqil Abbas Türkiyə səfirinə başsağlığı verdi
16 Aprel 2026 11:23
“Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”
16 Aprel 2026 11:02
“Paşinyan parlamentdəki çıxışının sonrakı hissəsində müxalifəti nokauta salıb”
16 Aprel 2026 10:53
Qafarova İstanbulda özbəkistanlı həmkarı ilə görüşdü
15 Aprel 2026 20:00


Bakı -°C

